Putin və Kim Çen In-ın ilk sammiti başa çatdı
Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda keçirilən ilk sammit başa çatıb.
1news.az RİA-Novostiyə istinadən xəbər verir ki, liderlərin danışıqları 3,5 saat davam edib və 2 saata yaxın təkbətək müzakirələr aparılıb.
Putinin sözlərinə görə, KXDR lideri ilə danışıqlar hərtərəfli olub. Beləliklə, ikitərəfli münasibətlər, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə olunub.
“Biz qarşılıqlı maraq doğuran məsələlərdə bir-birimizlə fikir mübadiləsi apardıq və ümid edirəm ki, danışıqlar faydalı və konstruktiv şəkildə davam edəcək ", - deyə Kim Çen In bildirib.
Görüş Rusiyanın Uzaq Şərq Federal Universitetinin korpuslarından birində keçirilib.
Bu, Kim Çen Inın Rusiyaya, eləcə də KXDR dövlət şurasının sədri olaraq yenidən seçilməsindən sonra ilk xarici səfəridir.
Sammitdən sonra Şimali Koreyanın rəhbəri bu gün axşam mədəniyyət proqramında iştirak edəcək.
P.Sultanova