İndoneziyanın paytaxtı köçürülür | 1news.az | Xəbərlər
Dünya

İndoneziyanın paytaxtı köçürülür

13:33 - 29 / 04 / 2019
İndoneziyanın paytaxtı köçürülür

İndoneziya Prezidenti Coko Vidodo ölkə paytaxtının Yava adasından köçürülməsi barədə qərar qəbul edib.

1news.az xəbər verir ki, bunu ölkənin inkişaf planlaşdırma naziri Bambanq Broconeqoro deyib.

O bildirib ki, qərar adada böyük sıxlıqla əlaqədardır.

Hələlik yeni paytaxtın yeri müəyyən edilməyib. Nazir bildirib ki, paytaxtın dəyişdirilməsi on ilədək davam edə bilər.

1news.az

Paylaş:
452

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər