Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır

17:23 - 30 / 04 / 2019
Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinə start veriləcək.

1news.az-ın məlumatına görə, final uğrunda mübarizəyə Londonda start veriləcək. “Tottenhem” doğma azarkeşlər önündə turnirin sürpriz komandası “Ayaks”ı qəbul edəcək.
Xatırladaq ki, londonlular dörddəbir finalda İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni, “Ayaks” isə İtaliyanın “Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.

Mərhələnin digər oyunu isə sabah - mayın 1-də İspaniyada təşkil olunacaq. “Barselona” öz meydanında İngiltərənin “Liverpul” klubunu qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

30 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

“Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya), 23:00.

1 may

“Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə), 23:00.

1news.az

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər