Koçaryan və digər sabiq rəsmilərin işinə hakim Qriqoryan baxacaq
Ermənistanın ikinci prezidenti Robert Koçaryan, keçmiş baş nazir Armen Qevorkyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və sabiq müdafiə naziri Seyran Ohanyanın cinayət işi İrəvan şəhər Nor Nork rayon məhkəməsinə təqdim edilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, cinayət işinə hakim Vardan Qriqoryan baxacaq.
Qeyd edək ki, dünən prokuror 1-2 mart 2008-ci il tarixində İrəvan şəhərində baş vermiş hadisələrdə günahkar bilinən Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov, Armen Qevorkyan və digər şəxslərin cinayət işi ilə bağlı ittihamnaməni təsdiq edib.
P.S.
818