Şarmazanov: Paşinyan içindəki Sezarı öldürməlidir
2016-cı ilin yayında İrəvan polis şöbəsini ələ keçirən "Sasna Tsrer" silahlı qrupunun iştirakçılarının azad olunması Ermənistan üçün yavaş hərəkət edən minaya çevrildi.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
2018-ci ilin yazında hakimiyyət dəyişikliyindən sonra ölkənin yeni rəhbərliyinin fəaliyyətinin nəticələrini şərh edən Şarmazanov hesab edir ki, Nikol Paşinyanın başçılıq etdiyi hökumətin xarici və ya daxili gündəmi yoxdur. O, mövcud hakimiyyətin əsas çatışmazlığının "Sasna Tsrer" qrupu üzvlərinin həbsdən azad etməsi olduğunu əlavə edib.
"Mən bu barədə Nikol Paşinyanın iştirakı ilə danışmışam. Sən polisə hücum edən terroristləri həbsdən azad etməklə öz ölkənin altına bomba qoyursan”, - Şarmazanov deyib.
O, Paşinyanın marixuana, transgender təbliğatına cavab vermədiyini qeyd edib.
Şarmazanovun sözlərinə görə, Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı da konsepsiyası yoxdur və o, öz mövqeyini bir neçə dəfə dəyişib:
“Paşinyanın konsepsiyası əvvəlki prezidentlərin - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın konsepsiyalarına bənzəmir. Bu konsepsiya haradadır? Ona özündə "Yulu Sezardan” imtina etməldir.
Paşinyan yalnız onun tərəfdarları üçün deyil, həm də digərləri üçün baş nazir olduğunu anlamalıdır.
Ötən bir il ərzində nifrətdən, yalanların yayılmasından başqa bir şey olmayıb. O, əhalinin ehtiyacı sosial təminatı olmayanlarının,nənə və babaların kreditlərindən danışır, amma heç bir iş görmür”.
Şarmazanov baş naziri çiyinlərində oturan qara pişiyi qaranlıq otaqda axtarmamağa çağırıb.
P.S.