London məhkəməsindən Asanja həbs qərarı | 1news.az | Xəbərlər
Dünya

London məhkəməsindən Asanja həbs qərarı

15:01 - 01 / 05 / 2019
London məhkəməsindən Asanja həbs qərarı

London məhkəməsi WikiLeaks -in təsisçisi Culian Asanjı 50 həftəlik həbs edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, buna səbəb onun girov müqabilində azadlığa çıxmaqla bağlı şərtləri pozmasıdır.

Qeyd edək ki, Britaniya polisi Assanjı bu ilin aprelində 2012-ci ildən bəri sığınacaq tapdığı Ekvadorun Londondakı səfirliyində həbs edib.

Assanj 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Həmin ildə İsveç hökuməti onu beynəlxalq axtarışa verib, İsveç bir müddət sonra onun barəsində aparılan təhqiqat prosesini dayandırıb. O,  Londonda saxlanılıb, lakin daha sonra girov müqabilində azad edilib.

Asanj ABŞ hökumətinə məxsus məxfi sənədləri ictimailəşdirdiyinə görə Britaniyanın onu ABŞ-a ekstradisiya edəcəyindən ehtiyat etdiyinə görə səfirlikdə qalmağa davam edib.

2018-ci ildə “WikiLeaks”in banisinə Ekvador vətəndaşlığı verilib. Son 7 ili jurnalist səfirliyin ərazisindən çıxmadan yaşayıb.

Polis Ekvador hökuməti Asanjın sığınacaq statusunu ləğv etdikdən sonra Ekvador səfirinin dəvəti ilə səfirliyə daxil olub.

Onun həbsindən sonra ABŞ Asanja qarşı kompüter hakerlik konspirasiyası ittihamı irəli sürüb. Asanjın ittihamı ABŞ tarixində ən böyük gizli məlumat axını ilə bağlıdır.

Asanj 2010-cu ildə ABŞ qüvvələrinin Əfqanıstan və İraqdakı müharibələrinə dair məxfi sənədləri, Amerika həsxanalarında saxlanılan terrorçuların siyahısı və Dövlər Departamentinin 250 min sənədinin ictimailəşdirilməsində günahlandırılır.

Britaniya ABŞ-dan 12 iyuna qədər onun ekstradisiyası üçün bütün zəruri sənədləri təqdim etməyi xahiş edib. Assanjın ekstradisiyası ilə bağlı dinləmələr sabah davam etdiriləcək. 

P.S.

 

Paylaş:
380

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər