“Barselona” evdə “Liverpul”u məğlub elədi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Barselona” evdə “Liverpul”u məğlub elədi – VİDEO

09:26 - 02 / 05 / 2019
“Barselona” evdə “Liverpul”u məğlub elədi – VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci yarımfinal oyunu keçirilib.

1news.az-ın məlumatına görə, “Barselona” doğma arenada turnirin son finalçısı “Liverpul”u qonaq edib.

Erkən final adlandırılan görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib.

Matçın 26-cı dəqiqəsində Kataloniya təmsilçisi hesabı açıb. Jordi Albanın cinah ötürməsindən sonra Luis Suares müdafiəçilərdən sıyrılaraq qapıya dəqiq zərbə endirib - 1:0.

Qoldan sonra irəli atılan Mersesayd təmsilçisi bir neçə epizodlarda rəqibi əks hücumlarda yaxalamağı bacarsa da, son anda “Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen komandasını xilas edib.

Qarşılaşmanın ikinci hissəsində “Barselona” hesab arasındakı fərqi iki topa çatdırıb. Lionel Messi qapı tirindən qayıdan topa dəqiq zərbə endirib - 2:0. Matçın 82-ci dəqiqəsində Lionel Messi özünün ikinci, komandasının üçüncü topunu vurub. Belə ki, hakimin təyin etdiyi cərimə zərbəsini argentinalı futbolçu təxminən 30 metrdən baxımlı qola çevirib- 3:0. Qalan dəqiqələrdə “Liverpul” təsəlli qolunu vurmağa çalışsa da, “Barselona” qapını toxunulmaz saxlamağa nail olub.

Bu komandalar arasında cavab qarşılaşması mayın 7-də keçiriləcək.

Xatırladaq ki, mərhələnin digər görüşündə Hollandiyanın “Ayaks” klubu səfərdə İngiltərənin “Tottenhem” klubunu minimal hesabla məğlub edib.

1 may

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

23:00. "Barselona" - "Liverpul" - 3:0
Qol: 
Suares, 26, Messi, 75, 82

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər