“Arsenal” “Valensiya”nı məğlub etdi, “Çelsi” “Ayntraxt”la sülh bağladı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Arsenal” “Valensiya”nı məğlub etdi, “Çelsi” “Ayntraxt”la sülh bağladı – VİDEO

09:52 - 03 / 05 / 2019
“Arsenal” “Valensiya”nı məğlub etdi, “Çelsi” “Ayntraxt”la sülh bağladı – VİDEO

Mayın 2-də futbol üzrə UEFA Avropa Liqasının yarımfinal görüşləri keçirilib.

1news.az-ın məlumatına görə, İngiltərənin “Arsenal” klubu doğma azarkeşlər önündə İspaniyanın “Valensiya” komandasını qəbul edib.

Görüşdə qol hesabını qonaqlar açsa da meydan sahibləri rəqibin qapısına üç qol vuraraq azarkeşlərini sevindirib.

Mərhələnin digər oyunu Frankfurtda baş tutub. “Ayntrax” İngiltərənin “Çelsi” komandasını qəbul edib.

Meydan sahibləri hesabı açsalar da birinci hissənin sonunda İngiltərə komandası hesabı bərabərləşdirib. Görüş elə bu hesabla da başa çatıb – 1:1.

Qeyd edək ki, bu komandaların arasında cavab qarşılaşması mayın 9-da olacaq.

UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

2 may

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) - 3:1 
Qollar: 
Diakabi, 11 (0:1), Lyakazett, 18 (1:1), 26 (2:1), Obameyanq, 90 (3:1)

23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) - 1:1 
Qollar: 
Yoviç, 23 (1:0), Pedro, 45 (1:1)

1news.az

Paylaş:
1157

Son xəbərlər

Bütün xəbərlər