Kasilyas karyerasını başa vuracaq | 1news.az | Xəbərlər
Futbol

Kasilyas karyerasını başa vuracaq

10:46 - 03 / 05 / 2019
Kasilyas karyerasını başa vuracaq

Portuqaliyanın “Portu” komandasının qapıçısı İker Kasilyas karyerasını başa vuracaq.

1news.az-ın məlumatına görə, ötən gün komandanın məşqində infarkt keçirdiyi üçün əməliyyat olunan 37 yaşlı qolkiper yaşıl meydanlara dönə bilməyəcək.

Kasilyasın həyatı üçün heç bir təhlükə olmasa da, həkimlər ona peşəkar futbola qayıtmağı qadağan edib. 

Qeyd edək ki, İspaniya millisinin sabiq qapçısı olan Kasilyas 1998 – 2015-ci illərdə vətənində “Real Madrid”in formasını geyinib. O, 4 ildir “Portu”da çıxış edir.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər