Hakim Koçaryan, Xaçaturov və digərlərinin işindən imtina edib | 1news.az | Xəbərlər
Ermənistan

Hakim Koçaryan, Xaçaturov və digərlərinin işindən imtina edib

12:20 - 06 / 05 / 2019
Hakim Koçaryan, Xaçaturov və digərlərinin işindən imtina edib

Sabiq prezident Robert Koçaryan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və digərlərinin məhkəməsi üzrə təyin edilmiş hakim Vardan Qriqoryan işə baxmaqdan imtina edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın ümumi məhkəmə departamentinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Arman Xaçatryan deyib.

"İrəvanın ümumi yurisdiksiya məhkəməsində hakim Vardan Qriqoryan keçmiş prezident Robert Koçaryan, həmçinin sabiq baş nazir müavini Armen Qevorkian, keçmiş KTMT baş katibi Yuri Xaçaturov və sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı işə baxmaqdan imtina edib. İş məhkəmə aparatına qaytarılıb və başqa bir hakimə təqdim ediləcək ", - deyə Xaçatryan bildirib.

Qeyd edək ki, Qriqoryan 2006-2007-ci illərdə Ermənistan Hüquqşünaslar İttifaqında, 2007-ci ildən 2014-cü ilədək isə məhkəmədə müdafiəçi vəzifəsində çalışıb. O dövrdə hazırda Robert Koçaryanı müdafiə edən Ruben Saakyan Ermənistan Hüquqşünaslar Palatasının sədri olub.

1 mart 2008-ci il hadisələrində təqsirli bilinənlərin işi məhkəməyə təqdim edilib, iclas isə hələ təyin olunmayıb.

P.Sultanova

 

 

Paylaş:
795

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər