Azərbaycanlı basketbolçu Fransa çempionu olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı basketbolçu Fransa çempionu olub

14:27 - 07 / 05 / 2019
Azərbaycanlı basketbolçu Fransa çempionu olub

Azərbaycanlı basketbolçu Endər Poladxanlı “Şole” klubunun heyətində Fransa çempionu titulunu qazanıb.

1news.az-ın Sputnik Azərbaycan-a istinadla verdiyi xəbərə görə, Poladxanlı Fransada U-21 gənclər liqasında çıxış edir və heyətində olduğu klubun birincilik qazanması üçün aparıcı rol oynayıb.  

Poladxanlı start beşliyində 20 dəqiqə oynayıb, bu müddətdə 11 xal toplayıb. “Şole”nin səfər oyunu zamanı 20 yaşlı azərbaycanlı 24 dəqiqə ərzində 21 xal toplayıb.

21-ci turun yekunlarına görə gənclər arasında müntəzəm Fransa çempionatı zamanı “Şole” 30 qələbə və bir məğlubiyyət qazanıb.

Qeyd edək ki, Poladxanlı fransız klubuna 2018-ci ilin sentyabrında daxil olub.

S.Xankişiyeva

 

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər