Paşinyanın partiyası Tsarukyana qarşı | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın partiyası Tsarukyana qarşı

12:59 - 07 / 05 / 2019
Paşinyanın partiyası Tsarukyana qarşı

Parlament seçkilərində əhəmiyyətsiz dərəcədə səs toplayan naməlum “Vətəndaş razılaşması” partiyası Qaqik Tsarukyana qarşı cinayət işinə başladılmasına çalışmaqla "Çiçəklənən Ermənistan" partiyasını küncə sıxışdırmaq istəyir.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri  Nikol Paşinyanın "Mənim addımım" fraksiyasındakı mənbəyə istinadla yazıb.

"Tsarukyanın deputat mandatından məhrum edilməsi “Vətəndaş razılaşması”nın yeganə cəfəng ideyası deyil, göründüyü kimi, onlar "Çiçəklənən Ermənistan” partiyasına qarşı digər böhtanlara da əl atmağa hazırlaşırlar.

Bütün bu absurdların arxasında isə vaxtilə "Çiçəklənən Ermənistan" fraksiyasının nümayəndəsi olmuş, Tsarukyanın hesabına parlamentə düşən Birləşmiş Əmək partiyasının sədri Qurqen Arsenyan dayanır.

Onun əli ilə Rusiya meydanının favoritlərindən biri olan Tsarukyanı oyundan çıxarmaq üçün bütün mənalarda cəhdlər edilir”, deyə nəşr yazıb.

P.Sultanova

Paylaş:
733

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər