Azad Rəhimov İrana gedir | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov İrana gedir

15:02 - 10 / 05 / 2019
Azad Rəhimov İrana gedir

Gənclər və idman naziri Azad Rəhimovun başçılığı ilə nümayəndə heyəti Tehrana səfər edəcək.

Bu barədə 1news.az İranın Azərbaycandakı səfiliyinə istinadla xəbər verir.

Azad Rəhimovun Tehrana səfər çərçivəsində iranlı həmkarı, eyni zamanda bu ölkənin Milli Olimpia Komitəsinin prezidenti ilə görüşü nəzərdə tutulub.

Beynəlxalq əlaqələr ofisinin rəhbəri Namiq Novruzov və İdman Departamentinin rəisi Aydın Məhəmmədov bu səfərdə naziri müşaiyət edəcək.

Səfər mayın 12-də başlayacaq, elə həmin gün saat 11:00-da Məsud Soltanifərlə və saat 13:00-da Rza Salehi Əmiri ilə görüş nəzərdə tutulub. Azad Rəhimovun Azadlıq İdman Kompleksinə baş çəkməsi də nəzərdə tutulub.

P.S.

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər