İki təyyarə havada toqquşdu: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

İki təyyarə havada toqquşdu: ölənlər var

15:42 - 14 / 05 / 2019
İki təyyarə havada toqquşdu: ölənlər var

ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarə havada toqquşub.

1news.az Redaktor.az-a istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər həyatını itirib.

10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib 1 nəfər isə itkin düşüb. Onun tapılması üçün əraziyə çox sayda xilasedici cəlb edilib.

Qəza qurbanlarının kimliyi dəqiqləşdirilir.

Ehtimal edilir ki, qəzaya pilotlardan birinin səhvi səbəb olub. Digər ehtimala görə isə, əlverişsiz hava şəraitinə səbəbiylə pilotlar uzaq məsafəni görə bilməyib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

1news.az

Paylaş:
570

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər