A seriyası klubu satışa çıxarıldı | 1news.az | Xəbərlər
Futbol

A seriyası klubu satışa çıxarıldı

16:52 - 15 / 05 / 2019
A seriyası klubu satışa çıxarıldı

İtaliya A seriyası klublarından "Cenoa" satışa çıxarılıb.

1news.az Matç.az-a istinadən bildirir ki, klub prezidenti Enriko Presiozi bu barədə rəsmi açıqlama verib.

Bildirilib ki, satışla maliyyə firması məşğul olacaq.

Başa çatmaqda olan A seriyasının cari mövsümündə "Cenoa" hazırda 17-ci pillədə qərarlaşıb. Onu düşmə zonasından sadəcə 1 xal ayırıb.

Qeyd edək ki, Presiozi 2003-cü ildən "Cenoa"nın sahibidir.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər