Paşinyanın nüfuzu azalıb - Gallup | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın nüfuzu azalıb - Gallup

14:53 - 23 / 05 / 2019
Paşinyanın nüfuzu azalıb - Gallup

2018-ci ilin sentyabrından etibarən Nikol Paşinyan hökumətinin reytinqi 10% azalıb.

1news.az xəbər verir ki, bu barədə “Gallup” Beynəlxalq Assosasiyasının Paşinyan hökumətinin 100 günü ilə bağlı apardığı araşdırmada deyilir.

Tədqiqat aprelin 30-dan mayın 9-na qədər aparılıb.

Respondentlərə müxtəlif suallar ünvanlanıb. belə ki, öz yaşayışlarından razı olmalarına dair sualı cavablandıran respondentlərin 20% -i "tamamilə", 53,1% -i "demək olar ki, hə", 15,5% -i isə "demək olar ki, yox",  10,3% -i isə "tamamilə yox" cavabını verib.

Dövlətin ən vacib problemlərinə gəlincə, respondentlərin 45 faizi işsizlik, 40 faizi iqtisadi vəziyyət,  26,8 faiz aşağı əmək haqqı / pensiya , 26,1 faizi isə Qarabağ münaqişəsini göstərib.

P.S.

Paylaş:
676

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər