Qəpiklə avtomobil aldı, pulu 16 nəfər hesabladı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Qəpiklə avtomobil aldı, pulu 16 nəfər hesabladı - VİDEO

15:28 - 24 / 05 / 2019
Qəpiklə avtomobil aldı, pulu 16 nəfər hesabladı - VİDEO

Çinin Hebey əyalətində yerli iş adamlarından biri 130 min yuan dəyərində (təxminən 18,8 min dollar) avtomobili qəpiklə alıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "South China Morning Post" yazır.

Məlumata görə, həmin şəxs "Volkswagen Passat"a sahib olmaq üçün bir yuan nominallı 131 492 qəpik ödəyib, məbləğin yerdə qalan hissəsini isə başqa vasitələrlə verib.

Avtomobili satan salonun menecerinin dediyinə görə, dəmir sikkələri 16 nəfər üç gün ərzində hesablayıb.

Hər gün 08:30-da başlayıb, növbə ilə nahara çıxıblar, sonradan isə iş gününün sonuna kimi sayıblar.

1news.az

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər