Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu azaldıldı - SƏBƏB | 1news.az | Xəbərlər
Futbol

Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu azaldıldı - SƏBƏB

16:55 - 27 / 05 / 2019
Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu azaldıldı - SƏBƏB

Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri davam etdirilir.

1news.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, hazırda Bakı Olimpiya Stadionu "Çelsi" - "Arsenal" oyununu izləmək üçün 63 min nəfər azarkeşi qəbul etməyə hazırdır: "Stadion 68 min nəfərə yaxın azarkeş tutumludur. Lakin final oyunu ilə bağlı UEFA bəzi dəyişikliklər edib. Stadionda studiyalar qurulub, xüsusi yerlər yaradılıb. Ona görə də hazırda stadion 63 min nəfər azarkeş qəbul edə biləcək".

Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reysi ilə gətiriləcək.

Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.

1news.az

Paylaş:
1389

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər