Ermənistanda yeni müxalifət partiyası yaradılır
"Adekvad" ictimai təşkilatının üzvləri eyni adlı partiyanın yaradılmasını bəyan ediblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bununla bağlı onlar açıqlama yayıblar.
"Ermənistan Respublikası iqtisadi, hərbi, sosial, hüquqi və sivilizasiya sahələrində daxili və xarici siyasətdə ən ciddi çətinliklərlə üz-üzədir. Bu problemlər mövcud siyasi sistemin, eyni zamanda onun ayrı-ayrı elementlərinin və strukturların bu çağırışlara adekvat reaksiya verməməsi səbəbindən günü-gündən dərinləşməkdədir”, deyə “Adekvat”ın bəyanatında vurğulanır.
O da qeyd edilib ki, taktiki məqsədlərə nail olmaq üçün dövlətin bütün sahələrində geniş miqyaslı islahatlar aparması lazımdır:
“İslahat proqramı bizim manifestimizdə göstərilib. Mövcud siyasi sistemin uyğunsuzluğunu nəzərə alaraq, mövcud riskləri aradan qaldırmaq üçün kifayət qədər həllər və imkanlar təklif edən yeni siyasi vahidin yaradılması təşəbbüsünü zəruri hesab edirik.
Əgər bizim dövlətçiliyimiz üçün mövcud təhdidlər sizin üçün də aydındırsa, onda siz bizdən biri olacaqsınız və siyasi sahədə təmsil olunmağa davam edəcəyik. Biz sizin səsiniz, siz bizim dəstəyimizsiniz. “Adekvat” partiyasına qoşulun”.
P.Sultanova