Mnatsakanyanın Lavrovla çətin söhbəti - vəziyyəti pisləşdi
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ötən həftə işdə vəziyyəti kəskin şəkildə pisləşib.
1news.az “168 Jam”a istinadla xəbər verir ki, XİN əməkdaşları təcili yardım çağırmağa məcbur olublar.
Həkimlər ona zəruri yardım göstəriblər və məlum olub ki, nazirin təzyiqi dramatik şəkildə yüksəlib.
XİN-dəki mənbənin sözlərinə görə, bundan əvvəl Zöhrab Mnatsakanyanın öz təşəbbüsü ilə rusiyalı həmkarı Sergey Lavrovla olduqca çətin telefon söhbəti olub.
"Telefon söhbətinin məzmununun detalları hələlik məlum deyil, ancaq söhbətin nazirin arzu etdiyi məzmunda baş vermədiyi aydındır ", - qəzet yazıb.
P.Sultanova
810