Bakıda “Çelsi” futbolçuları dalaşdı, baş məşqçi papağını yerə atdı – VİDEO
Dünən Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "Çelsi"nin oyunöncəsi məşqində xoşagəlməz hadisə baş verib.
1news.az Qol.az-a istinadən xəbər verir ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda olan hazırlıq prosesinin gedişində əvvəlcə komanda üzvləri - Qonzalo İquainlə David Luis mübahisə ediblər. Epizodların birində braziliyalı müdafiəçiyə qarşı kobud oynayan İquain komanda yoldaşından irad eşidib. Bundan sonra tərəflər bir müddət həmin epizodu müzakirə ediblər.
Futbolçularının mübahisə etdiyini görən "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri isə məşqi yarımçıq qoyaraq, əsəbi şəkildə meydançanı tərk edib. Hətta italiyalı mütəxəssis meydandan çıxarkən başındakı kepkanı yerə ataraq, təpikləyib.
Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1news.az