Bu ölkədə yanğınsöndürən robot dəstəsi yaradıldı | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə yanğınsöndürən robot dəstəsi yaradıldı

17:31 - 30 / 05 / 2019
Bu ölkədə yanğınsöndürən robot dəstəsi yaradıldı

Yaponiyada insanlardan istifadənin təhlükəli olduğu xüsusi ağır və miqyaslı alovlanmanın söndürülməsi üçün ilk əlahiddə robot yanğınsöndürənlər dəstəsi yaradılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dəstəyə dörd kateqoriyalı robotlar daxildir. Məsələn, onlar arasında yanğının xarakteri və onun inkişafı barədə dəqiq məlumatlar verən pilotsuz uçan aparat var. Bundan başqa, dəstədə dağıntıların təmizlənilməsi üçün buldozer çalovu və manipulyator əllə təchiz edilən robot, eləcə də su şırnaqlarına malik müxtəlif tipli təkərli maşınlar yer alıb.

Müxtəlif təyinatlı dörd robot bir avtomobildə daşınır. Dəstəyə dörd belə mobil bölmə daxildir.

Bildirilir ki, dəstə Tokionun şimal-şərqi yaxınlığında Tiba prefekturasının İtixara şəhərində bazada yerləşir. Bu yerin seçilməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, bu ərazidə çoxsaylı neft anbarları və neft emalı zavodları, sıxılmış qaz qəbul edən terminallar yerləşir. Belə obyektlərdə yanğınlar söndürülmə zamanı insanlar üçün böyük çətinliklər törətməsi və çox təhlükəli olması ilə seçilir.

Qeyd edək ki, son vaxtlar Yaponiyada həyatın müxtəlif sahələrinin robotlaşdırılması genişlənir ki, bu da əsasən əhalinin qocalması və artmaqda olan işçi qüvvəsi çatışmazlığı ilə əlaqədardır. Ekspertlərin hesablamalarına görə, ölkədə bir müddət sonra hazırda mövcud peşələrin təxminən yarısını tam avtomatlaşdıraraq süni intellektin sərəncamına vermək olar. Məsələn, hazırda Yaponiyada bağlama, banderol və məktubları qəbul edən və çatdıran avtonom poçtalyon avtomobilin sınaqları keçirilir.

1news.az

Paylaş:
1107

Sizin üçün xəbərlər

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər