ÇXR sədri iki pandaya görə Moskva zooparkına gedir
Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyanın Moskva zooparkında pandalar üçün nəzərdə tutulmuş pavilyonun açılış mərasimində iştirak edəcək.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, buna səbəb aprelin 29-da Çinin Moskva zooparkına "Dindin" və "Jui" adlı iki panda hədiyyə etməsidir.
"Aprel ayında Sədr Si Cinpinin prezident Putinlə Pekindəki görüşü zamanı Çin tərəfi bəyan etmişdi ki, bərabər tədqiqatlar aparmaq üçün Rusiyaya iki böyük panda hədiyyə edəcək. Bu pandalar artıq Moskva zooparkındadır. Səfər zamanı pandaların pavilyonunun açılış mərasimi baş tutacaq", - Çin Xalq Respublikasının XİN rəsmisi qeyd edib.
Dövlət rəsmisi əmindir ki, "dostluq elçiləri" Rusiya-Çin münasibətlərinin 70 illiyinə sevinc və dostluq ab-havası qatacaq, eləcə də Rusiyada "pandomaniya" yaradacaq.
1news.az