İrəvanda Soros Fondunun fəaliyyətinə etiraz edilir | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda Soros Fondunun fəaliyyətinə etiraz edilir

13:15 - 31 / 05 / 2019
İrəvanda Soros Fondunun fəaliyyətinə etiraz edilir

Ermənistanın VETO ictimai-siyasi təşkilatının üzvləri Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ölkədə fəaliyyətinə qarşı etiraz aksiyasına başlayıblar.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, aksiya Soros fondunun ofisinin yerləşdiyi binanın qarşısında keçirilir.

Aksiyanın təşkilatçısı Narek Malyan deyib ki, Ermənistanın vətəndaşları olaraq baş nazirin məhkəmələrin binalarını bloklamaq çağırışı etdiyi kimi biz də Soros Fondunun binasını bloklamağa çağırış edə bilərik.

Lakin ərazidəki çox sayda polis onların Fondun binasına yaxınlaşmalarına icazə verməyib və hərəkətlərini məhdudlaşdırıb.

Nümayişçilərlə polis arasında toqquşma olub.

Narek Malyan bildirib ki, polis eyni hal üzrə ikili standart tətbiq edir –məhkəmələrin binalarını bloklamağa izacə verdi, Soros Fondunun binasının qarşısında aksiyaya isə maneə tördir.

P.Sultanova

Paylaş:
785

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər