Karapetyan: Sarkisyan aprel müharibəsinə görə sorğulanacaq | 1news.az | Xəbərlər
Ermənistan

Karapetyan: Sarkisyan aprel müharibəsinə görə sorğulanacaq

15:10 - 04 / 06 / 2019
Karapetyan: Sarkisyan aprel müharibəsinə görə sorğulanacaq

Ermənistanda aprelin müharibəsi ilə bağlı vəziyyəti öyrənmək üzrə yaradılmış komissiyanın bu gün iclası keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın üzvü Tiqran Karapetyan bildirib.

"Aprel müharibəsi ilə bağlı ictimaiyyətin narahatlığının bütün məsələləri araşdırılacaq", - Karapetyan qeyd edib.

O deyib ki, zərurət yarandığı təqdirdə, komissiya hər kəsi, hətta keçmiş prezideni də sorğuya çağıracaq: "Biz bu məsələni  indiki və keçmişlə məhdudlaşdırmırıq. Bütün prosesi araşdırırıq. Serj Sarkisyanı dəvət etmək lazım gələrsə, dəvət edəcəyik. Gəlin indi fərziyyələr irəli sürməyək ", - Karapetyan deyib.

P.S.

Paylaş:
678

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər