"Qazprom Ermənist"a qarşı 10 milyonluq cərimə | 1news.az | Xəbərlər
Ermənistan

"Qazprom Ermənist"a qarşı 10 milyonluq cərimə

16:13 - 04 / 06 / 2019
"Qazprom Ermənist"a qarşı 10 milyonluq cərimə

Ermənistanın İctimai xidmətlərin tənzimləmə komissiyası "Qazprom Ermənistan" şirkətinə 10 milyon dram məbləğində cərimə tətbiq etmək barədə qərar qəbul edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, fevralın 28-dən martın 6-dək aparılan monitorinq nəticəsində şirkətin bir sıra pozuntulara yol verdiyi məlum olub. Bu pozuntular təbii qazın tədarükü və paylanmasında bəzi şərtlərə əməl etməməsi, yeni abunəçilərin qaz paylayıcı şəbəkəyə qoşulması zamanı tələblərin pozulması ilə bağlıdır.

Məsələ 5 iyun tarixində komissiyanın iclasında müzakirə olunacaq.

P.S.

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər