Çexiya məhkəməsi Sarkisyanın qardaşı oğlu ilə bağlı qərar verib
Çexiya məhkəməsi Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiya edilməsinə qərar verib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Çexiya məhkəməsinin mətbuat katibi Market Puci bildirib.
2018-ci ilin dekabrında Ermənistan polisinin sorğusu əsasında İnterpol Praqada Franklin Qonsales pasportu ilə gizlənən Narek Sarkisyanı aşkarlayıb. Ermənistan hüquq mühafizə orqanları onun ekstradisiyası ilə bağlı bütün zəruri sənədləri çexiyalı həmkarlarına göndəriblər.
"Məhkəmə Narek Sarkisyanın ekstradisiyasını mümkün hesab edir", deyə Puçi əlavə edib.
Çexiya qanunvericiliyinə görə, ekstradisiya ilə bağlı yekun qərarı bu ölkənin ədliyyə naziri qəbul edir. Bununla belə, Puçi hesab edir ki, nazir Mari Beneşovun mövqeyinin məhkəmə qərarı ilə üst-üstə düşməyəcəyi ehtimalı azdır. Qərarın qəbul vaxtı hələ məlum deyil.
Xatırladaq ki, Ermənistanda Sarkisyanqanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və narkotik maddə saxlamaq ittihamları ilə axtarışa verilib.
P.Sultanova