Amerikalı model zorlamada ittiham etdiyi Ronaldonu əfv edib
Zorlamada təqsirləndirilən məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo barədə cinayət işi bağlanıb.
1news.az xəbər verir ki, bu barədə qərarı Las Veqas məhkəməsi verib.
Hələ may ayından məhkəməyə futbolçunun işi ilə bağlı yetərincə sənədlər yığılmadığı barədə bildiriş daxil olub.
Belə ki, futbolçunun zorladığı ehtimal edilən amerikalı model Katrin Mayorqan şikayətini geri götürüb və Ronaldonu əfv etdiyini deyib.
Qeyd edək ki, Braziliya futbolçusu Neymar da zorlamada ittiham edilir.
1news.az
629