Erməni analitik: Paşinyan insanları "ağ” və “qara”lara bölmək siyasəti aparır
Ermənistanda insanların “ağ” və “qara”lara bölünməsi siyasəti davam etdirilir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu jurnalist-analitik Karin Ohanyan deyib.
Onun sözlərinə görə, bu siyasət artıq xeyli müddətdir aparılır: “Əgər hər şeyi öz adı ilə çağırsaq, hakimiyyət Paşinyanın siyasətindən narazı olanları “qaralar” adlandırır.
O xatırladıb ki, Paşinyan dünən öz çıxışında yenə "qara" sözünü təkrarladı:
"Bunu müxalifətçi olduğu zaman fərqli bir fikir söyləyən ölkənin başçısından eşitmək çox qəribədir. Nikol Paşinyan fərqliliyə qarşı özünün dözümsüzlüyünü göstərir və bunu çox hörmətsiz bir şəkildə edir".
Ohanyanın sözlərinə görə, ümumiyyətlə, Paşinyanın ölkəsində günahkarları axtarma yolu demokratiya və erməni cəmiyyətinin sağlamlığı üçün bir çox risklər yaradır:
"Qarabağ "hakimiyyəti" haqqında ( Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı qurum) Paşinyanın sonuncu hörmətsiz və kifayət qədər şübhəli ifadələr işlətməsi onun təkcə elementar siyasi mədəniyyətinin olmamasını əks etdirmir, həm də erməni liderinin qeyri-dövlət düşüncəsinin təhlükəli siqnallarıdır".
O hesab edir ki, Paşinyan 2018-ci ilin aprelində qalıb və yüksək etimad mandatı aldıqdan sonra dövlət xadiminə çevrilə blməyib.
P.S.