Erməni polkovnik həbs edilib
İrəvan məhkəməsi 2008-ci il 1 mart işi üzrə günahlandırılan Ermənistan polisinin sabiq qərargah rəisi, polkovnik Qeqam Petrosyanın həbsi barədə qərar çıxarıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Xüsusi İstintaq xidməti məhkəməyə müraciət edib.
Xatırladaq ki, Xüsusi İstintaq xidmətinin 1-2 mart 2018-ci il hadisələri üzrə cinayət işi çərçivəsində apardığı araşdırmaya əsasən Petrosyan Zakar Ovannisyanı odlu silahdan istifadə etməklə öldürməsi şübhəsilə həbs olunub.
Məhkəmənin qərarından əvvəl Petrosyanın vəkili Vaqarşak Qevorkyan jurnalistlərə bildirib ki, müdafiə etdiyi şəxs prosessual hüququndan istifadə edərək ifadə verməkdən imtina edib. Bundan başqa, ittihamları qəbul etmir.
Vəkil deyib ki, Petrosyan şahid ifadələri əsasında ittiham olunur. Şahid bildirib ki, Ovhannisyan metal çubuqla hücum edərək Petrosyanı vurmağa çalışıb, polkovnik isə özünü müdafiə etmək məqsədilə atəş açıb.
P.Sultanova