AFFA-da İcraiyyə Komitəsinin təcili iclası keçirilib | 1news.az | Xəbərlər
İdman

AFFA-da İcraiyyə Komitəsinin təcili iclası keçirilib

11:32 - 12 / 06 / 2019
AFFA-da İcraiyyə Komitəsinin təcili iclası keçirilib

“Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan–Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

1news.az qurumun saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də qatıldığı iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

1news.az 

Paylaş:
888

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər