Klub futbolçu ilə müqaviləni “WhatsApp” skrinşotu ilə açıqladı - FOTO

İtaliyanın "Kalyari" klubu futbolçusu Luka Çiqarini ilə müqavilənin müddətini uzadıb.
1news.az Goal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Tomazo Culini Twitter-də bu barədə maraqlı paylaşım edib. O, 33 yaşlı yarımmüdafiəçi ilə WhatsApp yazışmasının skrinşotunu paylaşıb. Oyunçu onunla söhbətində yeni sözləşməyə razılıq verdiyini bildirib.
- Biz ki danışmışıq...
- Bəli.
- Super, Çiqa. İndi biz yaxşı əllərdə, daha doğrusu, yaxşı ayaqlardayıq.
- Çox sağ ol, prezident. Başlanğıc qoyuldu.
- Sabah səni müqavilə bağlamaq üçün gözləyirəm.
Qeyd edək ki, Luka Çiqarini 2017-ci ildən "Kalyari"də çıxış edir. Komanda A Seriyasında 2018/2019 mövsümünü 41 xalla 15-ci pillədə başa vurub.
1news.az
705