Yeniyetmə güləşçilərimiz Avropa çempionatında çıxış edəcəklər | 1news.az | Xəbərlər
İdman

Yeniyetmə güləşçilərimiz Avropa çempionatında çıxış edəcəklər

09:23 - 13 / 06 / 2019
Yeniyetmə güləşçilərimiz Avropa çempionatında çıxış edəcəklər

İyunun 17-dən 23-dək İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

1news.az Azərbaycan Güləş Federasiyasının (AGF) saytına istinadla xəbər verir ki, qitə birinciliyində güləşin hər üç növü üzrə yığma komandalarımız çıxış edəcəklər.

Çempionatla əlaqədar Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə AGF-in vitse-prezidentləri - Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev yeniyetmə güləşçilərə tövsiyə və tapşırıqlarını çatdırıb, uğurlar arzulayıblar.

Daha sonra AGF-nin baş katibi Orxan Məmmədov Avropa çempionatında iştirak edəcək heyəti açıqlayıb.

Qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri start verəcəklər. Böyük məşqçi Taleh İsrafilovun və Nazim Əhmədovun rəhbərliyi ilə Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq), Nihad Quluzadə (51 kq), Nihad Məmmədli (55 kq), Əli Alıyev (60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Əlisəftər Məmmədli (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) ölkəmizi Faenzada təmsil edəcəklər.

Qızların yarışında böyük məşqçi Həsrət Məmmədyarovun və məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) yerinə yetirəcəklər.

Avropa çempionatının sonuncu günündə xalçaya sərbəst güləşçilər çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzovun və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi ilə Murad Haqverdiyev (45 kq), Ramik Heybətov (48 kq), Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məhəmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) uğur qazanmağa çalışacaqlar.

Qitə birinciliyində qarşılaşmaların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev idarə edəcək.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər