Petrosyanın prezidentlik məsələsi yenidən gündəmdə | 1news.az | Xəbərlər
Ermənistan

Petrosyanın prezidentlik məsələsi yenidən gündəmdə

16:10 - 18 / 06 / 2019
Petrosyanın prezidentlik məsələsi yenidən gündəmdə

Erməni mətbuatı yenidən baş nazir Nikol Paşinyanın Levon Ter-Petrosyanın prezident vəzifəzinə gətirmək istədiyini yazır.

1news.az “Past”nəşrinə istinadla xəbər verir ki, “Vətəndaş razılaşması”nın bəzi prinsipial deputatları tamamilə Paşinyanın bu təklifinə qarşı çıxırlar, onlar inqilabın Ter-Petrosyanın qaytarılması üçün olmadığını və xalqın onları anlamayacağını bildiriblər.

Bu məsələdə həm hakim fraksiyanın, həm də cəmiyyətin münasibətinin tədricən aydınlaşdırılması qərara alınıb. Birinci mərhələ olaraq isə Vaqe Qriqoryanın Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Erməni mətbuatına görə, onun adı birinci prezidentlə birbaşa əlaqəli olduğundan, parlamentdə səsvermə mənzərəsi Levon Ter-Petrosyanın prezidentliyə namizədliyi üçün mümkün səsverməni əks etdirə bilər. Eyni zamanda prezident Armen Sarkisyanın da  istefası variantı da müzakirə edilə bilər.

Ter-Petrosyanın mətbuat katibi Arman Musinyanın mövzunu şərh etməkdən imtina edib.

P.S.

 

 

 

Paylaş:
912

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər