Gün ərzində 1,3 mindən çox qaçqın Suriyaya dönüb
Son 24 saat ərzində xarici ölkələrin ərazisində məskunlaşmış 1,3 mindən çox suriyalı qaçqın vətənlərinə qayıdıb.
1news.az xarici mediaya istinadla xəbər verir ki, onlar əsasən Livan və İordaniya ərazisində məskunlaşmış qaçqınlardır.
"Ötən gün ərzində 1357 qaçqın Suriyaya qayıdıb. Livandan “Caydet- Yabus” və “Tell-Kalax” keçid məntəqələrindən 342 nəfər (103 qadın, 175 uşaq) İordaniyadakı "Nasib" keçid məntəqəsindən 1,015 nəfər (305 qadın, 518 uşaq) keçməklə onlar vətənlərinə geri dönüblər”, deyə məlumatda bildirilir.
P.S.
514