Rusiyalı rəsmi: NATO KTMT ölkələrində "rəngli inqilablar" hazırlayır
NATO KTMT ölkələrində (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) yeni "rəngli inqilablar" hazırlayır.
1news.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya qazeta" ya müsahibəsində bildirib.
"NATO üzvləri Qərb rejimlərinin nəzarəti altında bəzi KTMT ölkələrində hakimiyyət gətirmək üçün şərait hazırlayırlar, o cümlədən “rəngli inqilabları” təşviq edirlər.
NATO-nun üçüncü ölkələrlə əməkdaşlığı həmişə anti-Rusiya xarakteri daşıyıb. Bu təcrübədə bir neçə dəfə təsdiq edilib. KTMT tərəfdaşları ilə əlaqəli olaraq, blokun məqsədi bizim təşkilatdakı müttəfiqlərimizlə ziddiyyət yaratmaqdır”.
P.S.
487