Qadın hakimin bu hərəkəti izlənmə rekordu qırdı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qadın hakimin bu hərəkəti izlənmə rekordu qırdı - VİDEO

16:43 - 04 / 07 / 2019
Qadın hakimin bu hərəkəti izlənmə rekordu qırdı - VİDEO

30 yaşlı braziliyalı qadın hakim Fernanda Kolombo oyun zamanı təkcə gözəlliyi və peşəkarlığını deyil, həm də yumor hissini nümayiş etdirib.

1news.az Oxu24.az-a istinadən xəbər verir ki, hadisə Ekvador çempionatı çərçivəsində keçirilən görüşlərin birində baş verib. Belə ki, oyunçulardan biri qaydanı pozduğu vaxt, qadın hakim özünü cibindən sarı kart çıxarırmış kimi göstərib, amma daha sonra gülümsəyərək cibindən yaylıq çıxarıb alnını silib.

Sözügedən görüntülər qısa vaxt ərzində minlərlə baxış sayı toplayıb. Fernandanın bu zarafatını sosial şəbəkə istifadəçiləri yüksək dəyərləndirib. 

1news.az

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər