Dünya 15 yaşlı qızdan danışır - FOTO

Uimbledon tennis turnirində tennisin yaşayan əfsanələrindən olan Venüs Uilyamsı mübarizədən kənarlaşdıraraq özündən öz etdrən 15 yaşlı Kori Qauff daha bir sürprizə imza atıb.
1news.az Fanat.az-a istinadən xəbər verir ki, gənc amerikalı tennisçi turnirin üçüncü turunda sloveniyalı həmkarı Polona Herkoqla qarşılaşıb.
İlk setdə 3:6 hesabı ilə yenilən 15 yaşlı tennisçi ikinci setdə 9:7, üçüncü setdə isə 7:5 hesabı ilə qalib gələrək təcrübəli həmkarını mübarizədən kənarlaşdırıb və dördüncü tura yüksəlib.
1news.az
895