Bakıda məşhur gül mağazası yandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məşhur gül mağazası yandı - VİDEO

09:32 - 08 / 07 / 2019
Bakıda məşhur gül mağazası yandı - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli “Ağ çiçəyim” mağazanda yanğın baş verib.

1news.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq yaranıb.

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər