Zurabişvili Putini radikal qüvvələrin təxribatına reaksiya verməməyə çağırıb
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya rəhbərliyini Gürcüstan radikal qüvvələr tərəfindən təxribatlara reaksiya verməməyə çağırıb.
1news.az RİA-Novosti-yə istinadla xəbər verir ki, Zurabaşvili Rusiyanı eskalasiyaya imkan verməməyə çağırıb. Əgər qonşu ölkə radikal qüvvələrin provokasiyasına cavab versə, bu, onların destruktiv məqsədlərinə nail olmalarına kömək edəcək. Bizim sülh siyasətimiz bölgəmizdəki sülhün sabitliyini qorumaq üçün yeganə yoldur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, gürcü jurnalistin efirdə Vladimir Putinin ünvanına söyüşü respublikanın hakimiyyət orqanlarının hörmətsizliyinin nəticəsidir, həmçinin rus-fobiya və ekstremist xarakter daşıyır.
O qeyd edib ki, belə ədəbsiz yanaşma rusfobiyanı alışdırıb və hazırda alışdıranların “davamçılarının” hörmətsizliyindən başqa bir şey deyildir.
P.S.