Putin Gürcüstana qarşı sanksiya tətbiqinə qarşı çıxıb | 1news.az | Xəbərlər
Dünya

Putin Gürcüstana qarşı sanksiya tətbiqinə qarşı çıxıb

17:02 - 09 / 07 / 2019
Putin Gürcüstana qarşı sanksiya tətbiqinə qarşı çıxıb

Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyalar tətbiq edilməyəcəyini bəyan edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Putin jurnalistlərə bildirib.

“Gürcüstana qarşı müxtəlif növ sanksiyaların tətbiqinə gəlincə, mən məhz gürcü xalqına hörmət etdiyim üçün bunu etməyəcəm", - deyə Rusiya lideri  bildirib.

Putin hesab edir ki, məhdudlaşdırıcı tədbirlər yalnız Rusiya-Gürcüstan əlaqələrini çətinləşdirə bilər.

Daha əvvəl Dövlət Duması anti-Rusiya təxribatına görə Gürcüstana qarşı sanksiyalar tətbiq olunmasını təklif edib. Deputatlar öz təkliflərini hökumətə və dövlət başçısına göndəriblər.

P.Sultanova

 

 

Paylaş:
612

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər