İrəvan işıqsız qalıb | 1news.az | Xəbərlər
Ermənistan

İrəvan işıqsız qalıb

15:15 - 10 / 07 / 2019
İrəvan işıqsız qalıb

İrəvan şəhərinin elektrik təchizatında problemlər yaranıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq paytaxtda metropoliteninin işi dayanıb, sərnişinlər təxliyyə olunur.

İrəvanın hər yerində elektrik təchizatı dayandırıldığından telefon rabitəsi və internetdə də çətinliklər yaranıb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC-dan hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlamalar aparıldığını bildiriblər.

Baş nazir müavini Tiqran Aviniyan “Facebook” səhifəsində enerji sistemindəki qəza səbəbindən İrəvan İES-in və Razdan İES-in enerji blokunda qəza baş verdiyini yazıb.

P.S.

Paylaş:
785

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər