Pentaqonun yeni rəhbəri məlum olub | 1news.az | Xəbərlər
Dünya

Pentaqonun yeni rəhbəri məlum olub

10:14 - 10 / 07 / 2019
Pentaqonun yeni rəhbəri məlum olub

ABŞ Hərbi Dəniz Qüvvələri naziri Riçard Spenser müvəqqəti olaraq Pentaqona başçılıq edəcək.

1news.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi nümayəndəsinə istinadən xəbər yayılıb.

Pentaqona rəhbər isə bu il iyulun sonunda təyin olunacaq.

Qeyd edək ki, Pentaqonun əvvəlki başçısı Ceyms Mettis ötən il dekabrın 21-də postu tərk etmək barədə qərar qəbul etmişdi. İstefasının səbəbini isə ABŞ Prezidenti Donald Trampla aralarında fikir ayrılığı olması ilə izah etmişdi.

1news.az

Paylaş:
578

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər