"Past": Ermənistan hakimiyyəti ciddi "dilemma" qarşısındadır
Ermənistanın hazırkı hakimiyyəti ciddi "dilemma" qarşısındadır.
1news.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.
Nəşrin məlumatına görə, mübahisəolunmaz həqiqətdir ki, hər hansı bir hakimiyyət üçün kadr siyasəti ən vacib komponent hesab edilir və bunun sayəsində düzgün idarəçiliyin təşkili mümkündür. Bu problemlə əlaqədar olaraq, Ermənistanın hakimiyyəti, xüsusən də qubernatorlar məsələsində ciddi dilemma ilə üzləşirlər.
Qəzet yazıb ki, gələn ay ərzində Nikol Paşinyan "kadr siyasətində" dəyişiklik etməyi planlaşdırır və bir neçə qubernator öz vəzifələrinə əlvida deyəcəklər.
"Söhbət üç qubernatordan gedir, adları açıqlanmasa da, biz onların kimliyini təxmin edə bilərik”, deyə “Past” yazıb.
P.S.
741