Qriqoryanın məhkəməsi yenidən təxirə salınıb | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryanın məhkəməsi yenidən təxirə salınıb

15:57 - 16 / 07 / 2019
Qriqoryanın məhkəməsi yenidən təxirə salınıb

Ermənistan parlamentinin sabiq deputatı, müdafiə nazirinin sabiq müavini, general Manvel Qriqoryanın məhkəməsi yenə təxirə salınıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, buna səbəb Qriqoryanın səhhətinin pisləşməsinə görə məhkəməyə gələ bilməməsi olub.

Məhkəmə prosesi artıq bir neçə dəfədir ki, təqsirləndirilən şəxsin iştirak etmədiyi üçün təxirə salınır.

Xatırladaq ki, keçmiş deputat Cinayət Məcəlləsinin altı maddəsi ilə ittiham olunur.

P.S.

Paylaş:
825

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər