Almaniya Qızıl Xaç Komitəsinin İrəvan ofisinin direktorunun evini soyublar | 1news.az | Xəbərlər
Ermənistan

Almaniya Qızıl Xaç Komitəsinin İrəvan ofisinin direktorunun evini soyublar

09:37 - 16 / 07 / 2019
Almaniya Qızıl Xaç Komitəsinin İrəvan ofisinin direktorunun evini soyublar

Almaniya Qızıl Xaç Komitəsinin İrəvan ofisinin direktoru Movses Poqosyanın evini qarət ediblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə iyulun 4-də Aştarakda baş verib.

63 yaşlı Aştarak sakini Movses Poqosyan oğurluq barədə polisə məlumat verib. O bildirib ki, oğrular ikinci mərtəbədəki açıq pəncərədən istifadə edərək evə daxil olublar. Onlar qızıl və gümüş əşyalarının, həmçinin pul saxlandığı seyfi ələ keçiriblər. Bundan əlavə, oğrular yataq otağından bahalı içkilər götürüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

P.S.




Paylaş:
807

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər