“Qarabağ” “Partizani”ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb - VİDEO

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ” evdə Albaniyanın “Partizani” klubunu qəbul edib.
1news.az-ın məlumatına görə, Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün cütün taleyi cavab qarşılaşmasında həll edilib.
“Dalğa Arena”da baş tutan görüşü moldovalı hakimlər briqadası idarə edib.
Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub.
Matçın 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana vurub. Bu iki qol “Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.
1news.az