İlin ən rəqabətqabiliyyətli ölkələrinin top 10-luğu | 1news.az | Xəbərlər
Dünya

İlin ən rəqabətqabiliyyətli ölkələrinin top 10-luğu

17:22 - 24 / 07 / 2019
İlin ən rəqabətqabiliyyətli ölkələrinin top 10-luğu

Beynəlxalq İdarəçilik İnkişafı İnstitutu ( International Institute for Management  Developement, IMD) 2019-cu ilin ən rəqabətqabiliyyətli ölkələrinin reytinqini dərc edib.

1news.az banker.az-a istinadən bildirir ki, IMD-nin rəqabətqabiliyyətlilik reytinqi 1989-cu ildən hər il dərc edilir.O, 63 ölkəni, onların  təxminən 260 kriteriyaya görə rəqabətlilik qabiliyyətini analiz etməklə əhatə edir.

Araşdırma, dövlətin biznesi həyata keçirmək üçün əlverişli şərtləri və rəqabət mühitini yaratamsı qabiliyyətini qiymətləndirir.

2019-cu ilin 10 ən rəqabətqabiliyyətli ölkəsini tanıyaq:

10. Qətər

2018-ci ildəki yeri: 14

Qeyd edilir ki, ticarətdən gələn daha yüksək gəlirlər neft və qaz istehsalçılarına, məsələn, 13 pillə qalxaraq 26-cı mövqeyi tutmaqla bu ilin ən yüksək inkişaf göstəricisinə nail olan Səudiyyə Ərəbistanına və 2013-cü ildən bəri ilk dəfə onluğa düşmüş Qətərə kömək edib.

9. İsveç

2018-ci ildəki yeri: 9

İsveçi çeşidli və rəqabətqabiliyyətli iqtisadiyyat xarakterizə edir. İsveç şirkətləri xaricə ən geniş məhsul çeşidi satışını həyata keçirir. Ölkə ildən-ilə müsbət ticarət saldosunu qoruyub saxlayır.

İsveçdə dünya üzrə 50 şirkət yerləşir və onların arasında  ABB, Atlas Copco, Oriflame, Saab AB, Saab Automobile AB, Scania, Volvo, Volvo Trucks, Ericsson, TELE2, AB Electrolux, TetraPak, Alfa Laval, SKF, H&M şirkətləri var.

Ölkədə yüksək səviyyədə innovasiya,yüksək inkişaf etmiş və daim modernləşən infrastrukturaŞ mükəmməl texnika vəingilis dilini bilən yüksək təhsilli personal vardır.

8. Danimarka

2018-ci ildəki yeri: 6

Danimarkanın iqtisadiyyatı demək olar ki, bütünlüklə insan resurslarına əsaslanan təbii resurslar ehtiyatına malikdir, idxal edilən xammaldan və xarici ticarətdən asılıdır ( ölkə adambaşına düşən daxili ticarət həcminə görə dünyada birinci yerdədir).

Xidmət sahəsi bütünlükdə əmək və iqtisadiyyat bazarının böyük bir hissəsini tutur. Danimarka Avropada ən davamlı iqtisadi sistemlərdən birinə malikdir və o,balanslaşdırılmış dövlət büdcəsi, stabil  valyuta, aşağı faiz dərəcələri və inflyasiyanın aşağı olması ilə xarakterizə edilir.

7. İrlandiya

2018-ci ildəki yeri: 12

İrlandiyanın  iqtisadi inkişafının əsas səbəbi ixrac olsa da,  buna həmçinin, istehlak xərclərinin artması və tikinti ilə biznes investisiyasının bərpası da təkan verir.

İşsizlik həddi aşağıdır və əhalinin gəlirləri xidmətlərin( kommunal xidmətlər, sığorta, sağlamlığın qorunması və s.)qiymətləri ilə olan sürətli artımla xarakterizə olunur.

6. Niderland

2018-ci ildəki yeri: 4

Niderlandın iqtisadiyyatı dünya üzrə tanınmış şirkətlər, iri firmalar, konsernlər hesabına yaxşı reputasiya qazanıb.

Niderlandda VimpelCom, Royal Dutch/Shell (neftkimya), Unilever (məişət kimyası və qida), Royal Philips Electronics (elektronika) kimi transmilli avropa şirkətlərinin baş ofisləri və istehsal yükləri yerləşir.

Dünya iqtisadiyyatında aparıcı mövqeyi həmçinin iri holland şirkətləri və  Niderlandda yerləşən transmilli şirkətlər tutur. Niderlandın iqtisadiyyatı ixraca əsaslanır, belə ki, ölkə əsasən xarici bazarda orientasiya edir.

5. BƏƏ

2018-ci ildəki yeri: 7

BƏƏ iqtisadiyyatının əsası təkrar ixrac, ticarət, xam neft və qaz ixracı və əldə edilməsindən ibarətdir. Neftin əldə edilməsi  günə təxminən 2.2 milyon bareldir, əsas hissəsi Abu-Dabi əmirliyində istehsal edilir. Digər əhəmiyyətli neft istehsalçıları: Dubay, Şarca və Rəs əl-Xayma.

Neft BƏƏ-nin iqtisadi artımını yalnız bir neçə onillik ərzində təmin edib, lakin iqtisadiyyatın digər sahələri, xüsusilə də xarici ticarət kifayət qədər sürətlə inkişaf edib.

Dubayın kommersiya mərkəzi və ona bitişik Jebel Ali sərbəst zonası böyük xarici investisiyalar cəlb edib. Dubaydakı Raşid və Jebel Ali limanları və Fudjayra, dünyanın 40 ən yaxşı konteyner limanları sırasındadırlar, bu limanlar ildə  3 milyondan çox konteyner bölümü ötürürlər.

4. İsveçrə

2018-ci ildəki yeri: 5

İsveçrə iqtisadiyyatı dünyanın stabillərindən biridir. Dünya üzrə müqayisədə əhalinin orta gəlir səviyyəsi orta hesabdan daha yüksəkdir.

Həyata keçirilən uzunmüddətli maliyyə təhlükəsizlyi və bank sirləri siyasəti İsveçrəni investorların öz vəsaitlərinin təhlükəsizliyinə əmin olduqları bir yerə çevirib və bunun da nəticəsində ölkə iqtisadiyyatı daimi xarici investisiya axınından daha da  asılı vəziyyətdə olur.

Yüksək ixtisaslaşmış əməyə və ərazisinin kiçik olmasına görə, sənaye və ticarət İsveçrənin əsas iqtisadi resurslarıdır. İsveçrə qızıl emalı üzrə dünya lideridir və dünya üzrə istehsal edilən qızılın üçdə ikisi onun payına düşür.

3. ABŞ

2018-ci ildəki yeri: 1

Reytinqə əsasən, prezident Donald Trampın ABŞ-da irəli sürdüyü maliyyə siyasətinin ilk dalğasına inamın gücləndirilməsinin başlanğıc impulsu görünür ki, yoxa çıxıb.

Ölkədə iqtisadi göstəricilər və infrastruktura dərəcəsinin qlobal artım sürəti hələ də qalsa da, dünyanın iri iqtisadiyyatının rəqabətqabiliyyətinə yanacağa qoyulan qiymət, yüksək texnoloji məhsulların az ixrac edilməsi və dolların dəyərinin qalxıb-enməsi təsir edib.

2. Honk-Konq

2018-ci ildəki yeri: 2

İqtisadiyyatı azad ticarətə, aşağı vergitutmaya və dövlətin  iqtisadiyyata qarışmamasına əsaslanır. Honk-Konq "off-shore" ərazidir və idxalda gömrük yığımları almayan sərbəst limandır, burada əlavə dəyər vergisi və ya onun ekvivalentləri yoxdur.

Aksizlər isə idxal olunan yoxsa yerli istehsal malı olmasından asılı olmayaraq yalnız dörd məhsula tətbiq edilir. Bunlar spirtli içkilər, tütün, mineral yağlar və metil spirtidir.

Honk-Konq əsas beynəlxalq  maliyyə və ticarət mərkəzidir, burda cəm olunan baş ofislərin sayına görə isə Asiya- Sakit Okeanı regionunda ən yüksəkdədir.

1. Sinqapur

2018-ci ildəki yeri: 3

Sinqapur 2010-cu ildən bəri ilk dəfədir ki, reytinqə birincilik edir.

Onun bu birinciliyinin səbəbi qabaqcıl texnologiya infrastrukturu, keyfiyyətli əməyin olması, münasib immiqrasiya qanunları və effektiv biznes açmaq imkanlarının olmasındadır.

1news.az

Paylaş:
657

Sizin üçün xəbərlər

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər