“Qarabağ” Dublindən sərfəli nəticə ilə dönür | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Dublindən sərfəli nəticə ilə dönür

09:41 - 25 / 07 / 2019
“Qarabağ” Dublindən sərfəli nəticə ilə dönür

“Qarabağ” dünən Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

1news.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri səfərdə Dublinin “Dundalk” komandasının qonağı olub.

İrlandiya çempionu ilə görüşdə ilk qolu Ağdam təmsilçisi vursa da, meydan sahibləri ikinci hissədə hesabı bərabərləşdirib. Beləliklə komandalar arasında ilk oyun heç-heçə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:1
Qol: 
Mahir Emreli,4 (0:1), P.Hoban, 78 (1:1)
Baş hakim: Bartos Frankovski (Polşa)
Dublin, "Oriel Park" stadionu

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər