Prezident “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzaladı

17:15 - 26 / 07 / 2019
Prezident “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilsin.
  2. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

  1. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi:

3.1. Müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirsin;

3.2. Müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratsın və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etsin;

3.3. Müsabiqənin keçirilməsi qaydalarını təsdiq etsin.

  1. Bu Sərəncamın 3.2-ci hissəsi ilə yaradılmış işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etsin.
  2. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.
  3. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın.
  4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
2536

Son xəbərlər

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17
Bütün xəbərlər